AZ

Pakistanda güclü yağışlar nəticəsində 45 nəfər ölüb

Bakı. Trend:

Son günlər Pakistanda müşahidə olunan intensiv musson yağışlarıvə onların yaratdığı fəsadlar azı 45 nəfərin həyatına sonqoyub.

Trend xəbər verir ki, bubarədə məlumatı *Geo TV* telekanalı yayıb.

Məlumata görə, ölənlərin böyük hissəsi – 21 nəfərHeybər-Paxtunxva əyalətində qeydə alınıb. Həmçinin Sind, Bəlucistanvə Pəncab əyalətlərində də insan tələfatı yaşanıb.

Bildirilib ki, güclü yağıntılar və daşqın təhlükəsi ən azı birhəftə davam edə bilər. Həmçinin qeyd olunub ki, qasırğalı küləklərvə fırtınalar zəif tikililərə, elektrik xətlərinə, reklamlövhələrinə, avtomobillərə və günəş panellərinə zərər verə bilər.Dağlıq ərazilərdə baş verən torpaq sürüşmələri isə yollarınbağlanmasına səbəb ola bilər.

Seçilən
52
az.trend.az

1Mənbələr