AZ

"Çelsi" braziliyalı hücumçu ilə razılığa gəldi

Bakı. Trend:

"Çelsi" Joao Pedro Jezusun transferi ilə bağlı razılığagəlib.

Trend xəbər verir ki, "TheAthletic"in məlumatına görə, London klubu "Brayton"la 23 yaşlıbraziliyalı hücumçunun transferi üçün 50 milyon funt sterlinqdənçox məbləğə razılaşıb. Futbolçu ilə 7 illik müqavilə üzrə dərazılıq əldə olunub.

Hazırda Joao Pedronun tibbi müayinədən keçməsi məsələsi həllolunur. Lazımi prosedurları başa vurduqdan sonra o, hazırdaklublararası dünya çempionatında iştirak edən komandayaqoşulacaq.

Qeyd edək ki, 2024/25-ci il Premyer Liqa mövsümündə Joao Pedro27 oyun keçirib və 10 qol vuraraq klubun ən yaxşı bombardirlərisiyahısında iki komanda yoldaşı ilə birinciliyi bölüşüb.

Seçilən
16
az.trend.az

1Mənbələr