Son günlər Pakistanda müşahidə olunan intensiv musson yağışları və onların yaratdığı fəsadlar azı 45 nəfərin həyatına son qoyub.
Publika.az xəbər verir ki, bu barədə məlumatı *Geo TV* telekanalı yayıb.
Məlumata görə, ölənlərin böyük hissəsi – 21 nəfər Heybər-Paxtunxva əyalətində qeydə alınıb. Həmçinin Sind, Bəlucistan və Pəncab əyalətlərində də insan tələfatı yaşanıb.