AZ

Tramp İranla bağlı etiraf edib

İranın hələ də fəaliyyətdə olan daha bir nüvə obyekti ola bilər, biz bilirdik ki, onların çoxlu obyektləri var, bəlkə də üç üstəgəl bir, lakin üçü əsasdır...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Reuters agentliyi MAQATE-dəki mənbələrə istinadən yazır ki, ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbə endirdikdən sonra 400 kq-a yaxın zənginləşdirilmiş uran təşkilatın baxış sahəsindən yoxa çıxıb. MAQATE-nin fikrincə, nüvə yanacağı ya dağıntılar altında basdırıla, ya da gizli yerə aparıla bilərdi, DW xəbər verir. Eyni zamanda, təşkilatın hesablamalarına görə, belə zənginləşdirilmiş uran ehtiyatları İranın ən azı doqquz nüvə başlığı yaratması üçün kifayətdir.

Tramp bundan əvvəl də dəfələrlə əmin edib ki, ABŞ-ın İrandakı obyektlərə hücumu ölkənin nüvə proqramını tamamilə məhv edib. Tramp və administrasiyası bu bəyanatlara şübhə ilə yanaşan medianı tənqid və təhqirlərlə qarşıladı.

Poliqon.info 

Seçilən
7
poliqon.info

1Mənbələr