AZ

Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır Zlatan İbrahimoviç

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Milan" rəhbərliyinin baş məsləhətçisi Zlatan İbrahimoviç klublararası dünya çempionatının 1/8 finalında PSJ-yə 0:4 hesabı ilə uduzan "İnter Mayami"ni tənqid edib.

Fanat.Az xəbər verir ki, sabiq hücumçunun sözlərini "Footmercato" belə çatdırıb:

"Leo Messi uduzmadı, bu yenilgini "İnter Mayami" aldı. Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır. Onun ətrafındakılar elə qaçırlar ki, sanki sement kisəsi aparırlar. 

O, əsl komandada olsaydı, siz əsl aslan görərdiniz. Messi yalnız oyunu sevdiyinə görə oynayır. Çünki o hələ də futbolçuların 99 faizinin bacarmadığını edir! Mən tanıdığım Messi əsl komandada olsa, stadionu yandırar!"

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
50
fanat.az

10Mənbələr