AZ

Vadeful gözlənilmədən Kiyevə səfər etdi

Almaniyanın xarici işlər naziri Yohan Vadeful elan olunmamış səfərlə Kiyevə gedib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Almaniya hakimiyyəti bütün diqqətini Ukraynaya yönəldəcək, Kiyevi müasir hava hücumundan müdafiə sistemləri və digər silahlar, humanitar və iqtisadi yardımlar şəklində dəstəkləməyə davam edəcək”, - Vadeful səfəri çərçivəsində bildirib.

Qeyd edək ki, XİN başçısını Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edir.

Seçilən
26
1
axar.az

2Mənbələr