AZ

5 adamı vurdu

Almaniyanın Krefeld şəhərində davadan qaçan üç nəfər avtomobili bir qrup insanın üzərinə sürüb. Şimali Reyn-Vestfaliya polisindən verilən açıqlamaya görə, iyunun 28-də baş verən qəzada ikisi azyaşlı uşaq olmaqla 5 nəfər yüngül xəsarət alıb. Şübhəlilər qaçıblar, lakin qısa müddət sonra tutulublar.

24, 28 və 29 yaşlı üç şəxs şəhərin mərkəzində dava salmaqda şübhəli bilinir. Onların daha sonra avtomobilləri ilə qaçakən 5 nəfəri vurduqları iddia edilir. Xəsarət alanlar arasında 2 və 1 yaşlı uşaqlar, iki 25 yaşlı kişi və 52 yaşlı kişi var. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda polis maşını kimin idarə etdiyini və sürücünün narkotik və ya spirtli içkinin təsiri altında olub-olmadığını araşdırır. Polis həmçinin 28 yaşlı sürücü barəsində başqa bir qanun pozuntusuna görə axtarışda olduğunu aşkar edib.

Seçilən
3
vaxt.az

1Mənbələr