AZ

Nişan geriyə dönməni qadağan edir, amma bu sürücülərin vecinə də deyil - VİDEO

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Padar Qışlaq kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Şahid Müşfiq oğlu Mənəfov idarə etdiyi "Opel Astra" minik avtomobili ilə hərəkətdə olan zaman qəfil idarəetməni itirərək aşıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, sərnişin, 1999-cu il təvəllüdlü Xəyal Valeh oğlu Xəlilli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
5
avtosfer.az

1Mənbələr