Rusiyanın “Zenit” klubu “Roma”nın futbolçusu Temmi Abrahama “elçi düşüb”.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingilis hücumçu üçün İtaliya klubuna 20 milyon avro təklif edib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Abraham rusların təklifini rədd edib.
Abraham başa çatan mövsümdə icarə əsasında “Milan”da çıxış edib. O, 45 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.