Hurriyyet.az xəbər verir ki, Pakistanda son günlərdə yağan leysan musson yağışlarının törətdiyi fəsadlar azı 45 nəfərin ölümünə səbəb olub. Bu barədə "Geo TV" telekanalı məlumat verib. Kanalın məlumatına görə, ən çox insan itkisi - 21 nəfər Hayber-Paxtunxva vilayətində qeydə alınıb. Sind, Belucistan və Pəncab vilayətlərində də ölüm halları qeydə alınıb.
Telekanalın məlumatına görə, güclü yağış və sel suları riski azı şənbə gününə qədər davam edəcəkdir. Qasırğa küləyi ilə tufanın zəif tikililərə, elektrik naqillərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə zərər vura biləcəyi qeyd edilir. Dağlıq ərazilərdə sürüşmələr ola bilər.
Hürr Tərcüman