AZ

Alkaras: ardıcıl 18-ci qələbə, mövsümdə 5-ci titul

“Böyük dəbilqə” turnirlərinin beşqat qalibi Karlos Alkaras cari mövsümdə 5-ci titulunu qazanıb.

İspaniyalı tennisçi Londonda keçirilən ATP-500 kateqoriyalı turnirin qalibi olub. O, finalda dünyanın 30-cu raketkası, çexiyalı İrji Leqeçkanı məğlub edib -7:5, 6:7 (5:7), 6:2. İspaniyalı ardıcıl 18-ci oyunda qalib gəlib ki, bu da onun karyerasında ən uzun qələbə seriyasıdı.

Alkaras bu il rəqib tanımır. İspaniyalı ulduzun bu il “Rolan Qarros”la yanaşı, ATP səviyyəsində keçirilən Monte-Karlo, Roma və Rotterdam turnirlərinin də qalibi olduğunu xatırladaq. Karyerasında 21-ci dəfə titul qazanan Karlos “Uimbldon”da da titulunu qorumağa çalışacaq. O, ötən il İngiltərə paytaxtında keçirilən turnirin finalında Novak Cokoviçi məğlub etmişdi (6:1, 6:2, 7:6).

Seçilən
27
1
football-plus.az

2Mənbələr