Amazon-un qurucusu Ceff Bezos və keçmiş jurnalist Loren Sançes rəsmi olaraq ailə həyatı qurublar. Cütlük yerli sakinlərin etirazlarına baxmayaraq, Venesiyada dəbdəbəli üçgünlük toy mərasimi təşkil edib.

İndex.az xəbər verir ki, İtaliyanın Veneto bölgəsinin (Venesiyanın da daxil olduğu inzibati ərazi) rəhbəri Luka Zaya bu tədbirin dəyərini təxminən 47–56 milyon dollar aralığında qiymətləndirib.

İtaliya rəsmilərinin hesablamalarına görə, bu toyun ölkə iqtisadiyyatına ümumi təsiri 1 milyard dollardan çox olacaq.