Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş qəddar və qeyri-insani münasibətə sərt reaksiya verib.
QHT.az xəbər verir ki, o bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu hərəkətləri Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və hiddət doğurur:
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı xüsusi qəddarlıq və amansız münasibəti Azərbaycan xalqını o cümlədən vətəndaş cəmiyyətini hiddətləndirir. Bu tip amansızlıq artıq uzun illər boyu Rusiya tərəfindən sistematik şəkildə Azərbaycanlılara qarşı baş verir. Azərbaycan vətəndaş cəmiyyəti son günlərdə Rusiyada yaşayan azərbaycanlılara qarşı göstərilən amansız şiddəti qınayır. Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə üzr istəməlidir və dərhal baş verən hadisələrdə günahkarların cəzalandırılmasının təmin edilməsini tələb edirik!"
Pərvanə Fərhadqızı