AZ

Paytaxtda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

İyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd CümşüdlüNərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısındayer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığıkanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-dəsaat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəyerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxışkeçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləriəldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyikanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqişəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarətərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda CinayətMəcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəbolan səhlənkarlıq) cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xəbər yenilənəcək

Seçilən
4
50
az.trend.az

10Mənbələr