“Rusiya azərbaycanlılar və eləcə də digər etniklərə qarşı sərgilədiyi zorakılıqlara görə beynəlxalq itimai rəydən çəkinmir, beynəlxalq aləmə hörmət qoymur. Buna səbəb beynəlxalq ictimai rəyin özünün zəifliyi, təsirsizliyi, demək olar ki, mövcudsuzluğudur”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizaə bildirib. Ekspert qeyd edib ki, İran-İsrail və İran-ABŞ hərbi qarşıdurması fonunda baş verənlər də sübut etdi ki, beynəlxalq ictiamiyyət nəyəsə təsi göstərmək imkanında deyil:
“Bir müddət bundan öncə İranla İsrail və ABŞ arasında baş verən hərbi qarşıdurma, bu qarşıdurma zamanı beynəlxalq aləmin sərgilədiyi susqunluq ciddi mətləblərdən xəbər verir. Baş verənlər onu göstərir ki, artıq beynəlxalq ictimai rəy, onun proseslərə təsir imkanı demək olar ki, yoxdur. Dünyadakı əksər zorakılıqlar beynəlxalq aləmdə susqunluqla qarşılanır. Bu mənada Rusiyanın miqrantlara, etniklərə qarşı zorakılığının da beynəlxalq müstəvidə ciddi əks-səda yaratması mümkünsüzdür. Rusiya da bunu bildiyi üçün beynəlxalq ictimai rəydən çəkinmir və istədiyi kimi hərəkət edir”.
S. Əliyev