AZ

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - RƏSMİ

 Azərbaycanın hüquq-mühafizə orqanları “Sputnik-Azərbaycan” informasiya agentliyinin Bakıdakı ofisində əməliyyat keçirib və ofisi nəzarətə götürüb.  Bu barədə Qafqazinfo məlumat yayıb. 

Məlumata görə, əməliyyat agentliyin fəaliyyətinin dayandırılmasına baxmayaraq, əməkdaşların işə çıxmağa davam etməsi ilə əlaqədardır.

Daxili İşlər Nazirliyindən faktı anews.az-a təsdiq ediblər. Bildiriliblər ki, detallar barəsində ətraflı məlumat veriləcək. 

Bu il əvvəl Azərbaycan hökuməti “Sputnik-Azərbaycan”ın fəaliyyətini rəsmi olaraq dayandırmış, qurumun yerli yayım və informasiya resurslarına məhdudiyyət qoymuşdu.

Aytac Zeynalova 

Seçilən
26
50
anews.az

10Mənbələr