AZ

Avropada rekord istilər müşahidə olunur

Bakı. Trend:

Qərbi Avropanın bir sıra ölkələrində yüksək hərarət dalğasıdavam edir. İspaniyada temperatur artıq yeni rekordlar vurur.Termometrlərin göstəricisi bəzi yerlərdə artıq 46 dərəcə selsiyəçatıb.

Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ən yüksək hərarət Uelva El-Qranado şəhərində(Əndəluz bölgəsi) qeydə alınıb. İspaniyada belə temperatur iyunayında meteomüşahidələrin aparılmağa başladığı dövrdən bəri heçvaxt qeydə alınmayıb. Ondan nisbətən aşağı göstərici Montoro vəFuentes-De-Andalusiya rayonlarında müşahidə olunur – müvafiq olaraq+44 dərəcə (selsi) və +43,9 dərəcə (selsi).

Sinoptiklər bildirirlər ki, bu heç də pik deyil. Qarşıdakıgünlərdə regionda hərarət daha da yüksələ bilər.

Bəzi bölgələrdə temperatur həftənin ortalarınadək artmaqda davamedəcək və yaxın günlərdə Fransa, Almaniya, İtaliya və BirləşmişKrallıqda hava daha da istiləşəcək.

Bu həftəsonu İngiltərənin bəzi hissələrində sarı və qəhvəyixəbərdarlıq elan olunub və bazar ertəsi Londonda temperaturun35°C-yə çatacağı gözlənilir.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr