AZ

Rusiyada mövcud olan ksenofob meyllər hüquq-mühafizə orqanlarına da sirayət edib - RƏY

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı qeydə alınan amansız və kobud rəftar hallar onu göstərir ki, Rusiyada mövcud olan ksenofob meyllər hüquq-mühafizə orqanlarına da sirayət edib.

Bunu “Report”a politoloq Ülviyyə Zülfüqar deyib.

O qeyd edib ki, Rusiyada bəzi yerli qruplaşmaların (skinhead) “Rusiya ruslar üçündür” kimi şovinist ifadələri illərdir burda yaşayan azsaylı xalqları qorxu altında saxlayır:

“Rusiya Federasiyası əgər çoxmillətli struktur daşıyırsa, öz qanunlarında yer alan maddələrin ziddinə gedə və şovinizmə yol verə bilməz. Rusiyada yaşayan həmvətənlərimizin təhlükəsizliyi və hüquqları həm beynəlxalq hüquq həm də elə bu ölkənin öz qanunları tərəfindən qorunmaqla məsələyə mütləq şəkildə ədalətli yanaşma nümayiş etdirilməlidir. Rusiya tərəfindən bu insidentləri ciddi şəkildə araşdırması, günahkar şəxsləri məsuliyyətə cəlb etməsini gözləyirik”.

O hesab edir ki, daha əvvəl AZAL-a məxsus təyyarənin vurulması, deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin qalmaqallı ifadəsinə adekvat reaksiya verilməməsi, bu dəfə də eyni halla qarşılaşacağımıza dair məyusedici təəssüratlar yaradır.

Seçilən
0
report.az

1Mənbələr