Rusiya Prezidenti Administrasiyası Azərbaycan hökumətinin Rusiyayla bağlı ölkədə planlaşdırılan mədəni tədbirləri ləğv etmək qərarına təəssüfünü bildirib.
“Kreml olaraq bu qərarlardan dərin təəssüf hissi keçiririk,” – deyə Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Musavat.com-un məlumatına görə o, vurğulayıb ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti demarş üçün əsas olmamalıdır:
“Ədliyyə orqanlarının işi istənilən emosional addımlara səbəb olmamalıdır,” – deyə Peskov qeyd edib.
Xatırladaq ki, Yekaterinburqda törədilən qətl və sui-qəsdlərlə bağlı iş üzrə Azərbaycan vətəndaşlarının saxlanılması Bakıda kəskin etiraz doğurub.
Rusiya İstintaq Komitəsi bu gün rəsmi şəkildə iki şübhəlinin istintaq təcridxanasında öldüyünü təsdiqləyib.
Musavat.com