AZ

Görün bu adam Fiquya necə bənzəyir: Messi belə şoka düşdü

Hazırda klublararası dünya Çempionatı–2025-də qonaq qismində iştirak edən Bolqarıstan Futbol İttifaqının prezidenti Georgi İvanov Portuqaliya millisinin əfsanəsi Luiş Fiqu ilə səhv salınıb.

Publika.az xəbər verir ki, İvanov ABŞ-a turnirin bir neçə oyununu canlı izləmək üçün gəlib. Yenilənmiş formatda keçirilən və böyük mükafat fondu olan bu turnirdə o, bir çox tanınmış qonaqlardan biri olub.

Amma maraqlı hadisə azarkeşlərin onu tanımağa çalışdığı an baş verib. Argentina televiziya ulduzu, aktyor və radio aparıcısı Xoakín Alvares İvanovu Fiqu ilə səhv salaraq ona bir neçə dəfə "Fiqu, Fiqu" deyə səslənib.

Alvares İvanova yaxınlaşaraq onunla görüşmək istəyib, amma bolqar futbol funksioneri sakit şəkildə onun "Real" əfsanəsi olmadığını deyib. Daha sonra Alvares bu görüntüləri Lionel Messiyə göstərərək ondan "bu Fiqu deyil?" deyə soruşub. "İnter Mayami"nin ulduzu bir anlıq tərəddüd etsə də, sonda bu yanlışlığı başa düşüb.

Heybət

Seçilən
22
publika.az

1Mənbələr