AZ

Peskov: “Putinlə İlham Əliyev arasında telefon danışığı planlaşdırılmır”

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya ilə bağlı bütün mədəni tədbirləri ləğv etməsinə Moskvanın təəssüf hissi keçirdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, iyunun 30-da keçirilmiş brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bakı tərəfindən Rusiya xətti üzrə tədbirlərin ləğvi ilə bağlı qəbul edilmiş qərarlara görə Moskva təəssüf edir”, - deyə Peskov qeyd edib.

Dmitri Peskov, həmçinin bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında heç bir görüş və ya telefon danışığı planlaşdırılmır. 

Lakin o, əlavə edib ki, zərurət yarandıqda, liderlər arasında əlaqə qısa müddət ərzində təşkil edilə bilər.
 

Bu açıqlamalar fonunda müşahidəçilər qeyd edirlər ki, Moskva ilə Bakının münasibətlərində müşahidə olunan gərginlik regionda yeni diplomatik situasiyalar yarada bilər. Azərbaycanda rus mədəniyyət tədbirlərinin ləğvi Vətən Müharibəsindən sonrakı siyasi-iqtisadi nizamda Azərbaycanın müstəqil qərarlar vermək əzmini əks etdirir.


Xatırladaq ki, daha əvvəl Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın dövlət və ya özəl qurumları tərəfindən təşkil olunan bütün mədəni tədbirlərin ləğv edildiyini açıqlamışdı. Tədbirlərin ləğvinin səbəbi rəsmi olaraq açıqlanmasa da, müşahidəçilər bunu son günlərdə Rusiya və Azərbaycan arasında gərginləşən münasibətlərin nəticəsi kimi qiymətləndirirlər.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr