TRT-nin beynəlxalq rəqəmsal platforması olan “Tabii”nin serialı “Qassal”ın baş rol ifaçısı Ahmet Kural canlandırdığı “Baki” obrazı ilə İtaliyada “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.
Yenisabah.az xəbər verir ki, İtaliyanın Riccione və Rimini bölgələrində keçirilən festivalda Kuralın canlandırdığı “Baki” obrazı həm tamaşaçılar, həm də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Ahmet Kural mükafatlandırma mərasimində çıxışı zamanı “Qəssal” serialının ölüm kimi universal, lakin danışmaqdan çəkinilən bir mövzunu ürəyə toxunan bir hekayə ilə təqdim etdiyini vurğulayıb: pizza sifarişi
“Bu hekayəni milyonlarla tamaşaçı ilə tanış edən TRT-yə və “Tabii” platformasına, prodüserimizə, ssenaristimizə və rejissorlarımıza təşəkkür edirəm. Bu mükafatı mənə dəstək olan ailəmə həsr edirəm."
Aydan Hacıbalazadə
Telegram kanalımız