AZ

Köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb: 37 ailəyə evlərinin açarları təqdim edilib (FOTO)

Ağdam. Trend:

İyunun 30-da doğma yurduna yola salınan köç karvanı Ağdamrayonunun Kəngərli kəndinə çatıb.

Trend-inbölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 153 nəfərdənibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarlarıtəqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələriiştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43mindən çox insan yaşayır.

Köç
Köç
Köç
Köç
Köç
Köç
Köç
Köç
Köç
Köç
Məqalədə:
Seçilən
17
32
az.trend.az

10Mənbələr