AZ

Pensiya yaşı ARTIRILDI İyulun 1 dən QÜVVƏYƏ MİNİR

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

News24.az-ın xəbərinə görə, bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tətbiq olunur. Qanuna əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il — 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 yaş müəyyən edilmişdi. Bu ilki dəyişikliklə pensiya yaşı 64 il 6 ay olacaq.

Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Xatırladaq ki, kişilər üçün pensiya yaşı artıq 65 yaş olaraq sabitləşib və dəyişmir.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
14
news24.az

10Mənbələr