AZ

Yunanıstanda fövqəladə vəziyyət elan edilib

BAKI, TurkicWorld

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkədə meşə yanğınları ilə bağlı yüksək risk xəbərdarlığı yayıb.

TurkicWorld xəbər verir ki, xüsusilə Afina və ətrafı, Peloponnes yarımadasının cənubu və Krit adasında yanğın təhlükəsinin çox yüksək olduğu vurğulanıb.

Nazirlik dövlət qurumları və bələdiyyələri fövqəladə hallara hazırlıqlı olmağa, vətəndaşları isə açıq ərazilərdə od yandırmaqdan və yanğına səbəb ola biləcək fəaliyyətlərdən çəkinməyə çağırıb.

Həmçinin güclü küləklər nəticəsində ölkə daxilində bir çox gəmi səfərləri ləğv edilib. Afina şəhərinin Kifisia rayonunda 15 metrlik ağacın elektrik dirəyinə çırpılması nəticəsində avtomobillər zədələnib, əraziyə elektrik verilişi müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Yunanıstan yay aylarında güclü küləklər və quraqlıq səbəbilə tez-tez genişmiqyaslı meşə yanğınları ilə qarşı-qarşıya qalır.

Seçilən
20
turkic.world

1Mənbələr