Ekaterinburq hadisələri ilə əlaqədar olaraq, bu gün – 30 iyun 2025-ci il tarixində, saat 20:25-də Hüseyn və Ziyəddin Səfərovların cənazəsi “Ural Airlines” aviaşirkətinə məxsus reyslə Bakıya gətiriləcək.
Bu çərçivədə, Karqo terminalının çöl hissəsində çəkiliş aparmaq istəyən media nümayəndələri üçün imkanlar yaradılmışdır. Terminalın daxili hissəsinə giriş nəzərdə tutulmamışdır. Xahiş olunur, iştirak yalnız təmsil etdiyiniz media qurumu ilə əvvəlcədən koordinasiyalı şəkildə həyata keçirilsin.
Vacib qeyd:
- Bu məlumat şəxsi xarakter daşıyır və mərhumların ailəsinə hörmət əlaməti olaraq xəbər kimi ictimaiyyətə paylaşılması nəzərdə tutulmur. Yalnız çəkiliş prosesinin təşkili məqsədilə paylaşılır.
- Media nümayəndələrindən hava limanı ərazisinə saat 20:00-dan tez gəlməmələri xahiş olunur.
Zəhmət olmasa:
- Gəlişinizi əvvəlcədən bildirin – bu mesaja sadəcə ✅ qoymağınız kifayətdir;
- Çəkiliş zamanı etik prinsiplərə və həssaslığa riayət edin;
- Hava limanının təhlükəsizlik və daxili qaydalarına əməl edin.