AZ

Polis narkokuryerlik edən şəxsi saxladı

BİLƏSUVAR, 30 iyun. TELEQRAF

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb.

Teleqrafın Cənub bürosu xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

Tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçiriləndigər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Seçilən
4
18
teleqraf.com

10Mənbələr