AZ

“Hansı millətə qulluq etdikləri məlum olmayan adamlar…” – Ranar

Rejissor və aparıcı Ranar Musayev rus ifaçıların “Dream Fest”dən çıxarılmasına etiraz edən bəzi istifadəçiləri tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə o, instaqramda post paylaşıb.

Ranar məsələ ilə bağlı bu fikirləri yazıb:

“Deməli, rus ulduzlarını “Dream Fest”in proqramından kənarlaşdırdılar. Hansı mətləbə və millətə qulluq etdikləri məlum olmayan adamlar isə etiraza qalxdılar, sanki öz millətinin taleyi onlara maraqlı deyil. Yarım il ərzində ruslar təyyarəmizi vurdular, Rusiyada həmyerlilərimizi qətlə yetirdilər gözümüzün qarşısında, bəs olmadı. Daha 20 Yanvara, Xocalıya toxunmuram, belə görünür ki, bu onlara təməldən maraqlı olmayıb.

Utanmaz-utanmaz hələ biletləri qaytarmaqla hədələyirlər. Bu da onların düzgün qərara dəstəyi... Beyinlər müalicə olunmalı, ümumiyyətlə varsa... Adam şərhləri oxuyanda iyrənir. Nə qədər gərək şüursuz, prinsipsiz, iyrənc məhluq olasan. Düzdür, artistlərin bilavasitə hadisələrdə günahı yoxdur, amma hər bir ölkənin prinsipial pozisiyası olmalıdır. Rusiya ilə bağlı tədbirlərin və artistlərin Azərbaycanda olmasının qadağası ən düzgün qərarlardan biridir. “Dream Fest” isə 23-26 iyulda yenilənmiş və daha maraqlı proqramla baş tutacaq”.

Könül
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr