AZ

Ağacın arxasında gizlənən svetofor sürücülərə təhlükə yaradır VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda görünməyən svetofor sürücülər üçün təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri qeydə aldığı videogörüntünü redaksiyamızın qaynar xəttinə göndərib.

Sözügedən problem paytaxtın Rixard Zorge küçəsində qeydə alınıb.

Belə ki, Nizami Gəncəvi küçəsilə kəsişmədə yerləşən svetofor obyekti ağacın arxasında gizləndiyi üçün sürücülər onu görə bilmirlər. Ən əsas da həmin yoldan ilk dəfə istifadə edən sürücülər svetoforun mövcudluğundan xəbərsizdilər. Bu səbəbdən də bəzi sürücülər svetoforu son anda görərək qəfil tormoz verirlər ki, bu da digər nəqliyyat vasitələrinin sürücülərinə təhlükə yaradır.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr