AZ

Avtomobili park edib dilənməyə başlayan şəxsin GÖRÜNTÜLƏRİ YAYILDI VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Şəhər həyatında müxtəlif peşələrlə məşğul olan insanlara tez-tez rast gəlmək mümkündür. Bəzən isə qeyri-adi davranışlarla gündəmə gələnlər də olur. Türkiyənin Erzurum şəhərində lentə alınan belə maraqlı görüntülərdən biri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Avtosfer.az xəbər verir ki, görüntülərdə yaşlı bir şəxsin öz avtomobili yol kənarına park etdiyi, daha sonra isə yoldan keçən sürücülərə yaxınlaşıb pul istədiyi aydın görünür. Həmin şəxsin bu üsulla diləndiyi anlar ərazidə olan sakinlərin də diqqətindən yayınmayıb.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs bu davranışı mütəmadi olaraq eyni ərazidə təkrarlayır. Vətəndaşlar isə onun bu hərəkətlərini mobil telefonla çəkərək ictimailəşdiriblər və bildiriblər ki, videonu çox yerdə yaymaq lazımdır. Çünki bu adam insanların inamından istifadə edib ehtiyacı olanları da diqqətdən kənar qoyur. 

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
avtosfer.az

1Mənbələr