Fransanın “Lion” klubunun yeni prezidenti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Mişel Kanq rəhbər postunu tutub. O, ilk qadın prezident kimi klubun tarixinə düşüb.
“Lion”un icraçı direktoru isə Mixael Gerlinger olub. O, bundan öncə 18 il “Bavariya”da işləyib.
“Lion” maliyyə problemləri səbəbindən Liqa 2-yə düşüb.