AZ

Rusiya Avropa mətbuatını hədəf aldı

Bir sıra Rusiya KİV-lərinə qarşı sanksiyalara cavab olaraq, Rusiya ölkə ərazisindəki on beş Avropa resursuna girişi məhdudlaşdırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

“Avropa İttifaqının Rusiyanın səkkiz nəşrinə və informasiya kanalına ("Eurasia Daily", "Fondsk", "Lenta", "News Front", "Rubaltic", "South Front", "Krasnaya Zvezda") qarşı son məhdudiyyətlərinə cavab olaraq, Rusiya Federasiya Şurası Avropa mətbuatına qarşı sanksiyaları təsdiqləyib.

"Əgər yerli nəşrlərə və informasiya kanallarına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də Avropa mediası ilə bağlı qərarına yenidən baxacaq", - XİN-dən bildiriblər.

Seçilən
5
publika.az

1Mənbələr