Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Kəlbəcər rayonunda qəza baş verib. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Orxan Mustafayev əvvəllər Azərbaycan Ordusunun hərbi qulluqçusu olub. O, Orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi xidmət edirmiş. Təxminən 1 il əvvəl işdən çıxıbmış.
Qeyd edək ki, O.Mustafayev Vətən müharibəsi iştirakçısıdır.