AZ

Yekaterinburqda qətlə yetirilən qardaşların meyitləri Azərbaycanda da ekspertiza EDİLƏCƏK

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Kəlbəcər rayonunda qəza baş verib. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Orxan Mustafayev əvvəllər Azərbaycan Ordusunun hərbi qulluqçusu olub. O, Orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi xidmət edirmiş. Təxminən 1 il əvvəl işdən çıxıbmış.

Qeyd edək ki, O.Mustafayev Vətən müharibəsi iştirakçısıdır.

Seçilən
7
avtosfer.az

1Mənbələr