Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı 2027-ci ilə qədər dövr üçün "davamlılıq və inkişaf" planı çərçivəsində Ermənistana 270 milyon avro ayırmağı qərara alıb. Bu vəsaitin bir qismi Ermənistanın "müstəqil" mediasının "dezinformasiya və hibrid təhdidlərlə" mübarizəsi çərçivəsində maliyyələşdirilməsinə yönəldiləcək. Plana həm də Ermənistanın Aİ ilə əlaqələrinin möhkəmləndirməsi və biznesin dəstəklənməsi daxildir.
Bu barədə Aİ diplomatik missiyasının diplomatiya xidmətinin rəhbəri Kaya Kallas məlumat erib. Kallas hazırda İrəvanda səfərdədir.
Kallas Ermənistan rəhbərliyinin ölkənin Aİ-yə daxil olmaq səyləri barəsində bəyanatlarından məmnunluğunu bildirib və İrəvana "viza rejiminin ləğvi məsələsində irəliləyiş" olacağını vəd edib. Bu məsələ ilə bağlı Avropa Komissiyasının bütün şərtlərinə əməl edilməli olduğunu qeyd edib.
Hürr Tərcüman