AZ

Lion “Olimpik”inin tarixində ilk qadın prezident

Fransa təmsilçisi Lion “Olimpik”inin prezidenti vəzifəsinə klub tarixində ilk dəfə olaraq zərif cinsin nümayəndəsi seçilib.

Arena.az “Olimpik”in rəsmi saytına istinadən məlumat verir ki, “uşaqlar”ın başında Mişel Kanq dayanacaq.

Mişel Kanq müvafiq vəzifədə Con Tekstoru əvəzləyib.

“2023-cü ildən Lion “Olimpik”inin direktorlar şurasına daxil Mişel Kanq, klubun sədri və prezidenti təyin edilib. O, Lion “Olimpik”inin icraçı rəhbərliyinin dəstəyində fəal rol oynayacaq, həmçinin klubun Fransa Liqa 1-dən çıxarılmasına qarşı apellyasiya prossesinə rəhbərlik edəcək. Con Tekstor isə direktorlar şurası da daxil olmaqla, Lion “Olimpik”indəki rəhbər vəzifələrindən gedib”, – “uşaqlar”ın rəsmi bəyanatında deyilir.

Mişel Kanq – amerikan işgüzar xanım və sərmayədardır. Kanq Lion klubunun direktorlar şurasına 2023-cü ildə daxil olub və klubda malik olduğu səhm payının həcminə görə üçüncü şəxsdir. Kanq həmçinin “uşaqlar”ın qadın komandasının əsas sahibidir.
Xatıraldaq ki, daha əvvəl Lion “Olimpik”i maliyyə hesabatını pozduğu üçün Fransa Milli İdarəetmə və Nəzarət İdarəsi (DNCG) tərəfindən aşağı dəstəyə – Fransa Liqa 2-yə düşürülüb.

Hazırda Lion təmsilçisi Fransa Milli İdarəetmə və Nəzarət İdarəsinin müvafiq qərarından şikayət açıb və klubun mövqeyini bərpa etməyə çalışır.

Əlavə edək ki, Lion “Olimpik”i Fransa futbolunun “qaymaqlarından” sayılır. 2024/2025-ci illər mövsümünü “uşaqlar” Fransa Liqa 1-də 6-cı pillədə başa vuraraq, Avropa Liqasında iştirak hüququ qazanıblar.

Seçilən
19
11
arena.az

10Mənbələr