AZ

Avropa çempionatı: Üç güləşçimiz yarımfinalda

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri ediblər.

İlk gündə Azərbaycan millisinin 5 idmançısı xalçaya çıxıb və onlardan 3-ü yarımfinala vəsiqə qazanıb.

U-20 Avropa çempionatı
Yunan-Roma güləşi
5️5️ kq

Turan Daşdəmirov gürcüstanlı Koba Karumidzeyə sonuncu (4:4), ermənistanlı Levon Qazaryana isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Turan yarımfinalda ukraynalı Nazariy Babinski ilə güləşəcək.

6️3️ kq
Tural Əhmədov italiyalı Emanuele Pollinonu tam üstünlüklə (8:0), bolqarıstanlı Kristiyan Milenkovu 4:0 və macarıstanlı Bende Olaşı 3:1 hesabıyla məğlub edib. O, yarımfinalda yunanıstanlı Marios Kapantaislə qarşılaşacaq.

7️7️ kq
Davud Məmmədov moldovalı Konstantin Taskaya tam üstünlüklə (11:0), türkiyəli Yusuf Tosuna isə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək yarımfinala adlayıb. Davud final uğrunda ermənistanlı Samvel Terteryanla mübarizə aparacaq.

8️7️ kq
Orxan Hacıyev təsnifat mərhələsində rumıniyalı Qabriel Stana 🇷🇴 1:4 hesabıyla məğlub olub.

1️3️0️ kq
Məzaim Mərdanov 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) uduzub.

Qeyd edək ki, Avropa çempionatı iyulun 6-da başa çatacaq.

İdman.biz

Seçilən
14
4
idman.biz

5Mənbələr