AZ

Sibiqa: Rusiyaya təzyiq gücləndirilməli, 18-ci sanksiya paketinin qəbul edilməsini gözləyirik

Ukrayna xarici işlər naziri Andrey Sibiqa yaxın zamanda Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul ediləcəyinə ümid edir.

"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə almaniyalı həmkarı İohann Vadeful ilə birgə mətbuat konfransında bildirib.

"18-ci sanksiya paketi yaxın zamanda qəbul edilməlidir. Biz buna çox ümid edirik. Tərəfdaşlarımız Rusiyaya qarşı sanksiyaları təkcə Ukraynanı dəstəkləmək üçün deyil, həm də özləri üçün - Avropanı qorumaq üçün tətbiq edirlər", - o vurğulayıb.

Sibiqa Almaniyaya sanksiya paketinin irəliləməsində dəstəyinə, həmçinin "Şimal axınları" ilə bağlı qəti mövqeyinə görə təşəkkür edib.

"Rusiyaya təzyiq Atlantikanın hər iki tərəfində koordinasiya edilməlidir. Biz ABŞ-də güclü sanksiya addımlarının, xüsusilə Lindsi Qremin qanun layihəsinin qəbul ediləcəyinə ümid edirik. Belə addımlar sülh prosesinə mane olmayacaq, əksinə kömək edəcək", - nazir bildirib.

Seçilən
43
50
report.az

10Mənbələr