AZ

Gürcüstanın təhsil naziri istefa verib

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze şəxsi qərarı ilə vəzifəsindən istefa verib. Bu barədə nazirliyin yaydığı rəsmi məlumatda bildirilir.

Nazir istefa bəyanatında vəzifədə olduğu müddətdə təhsil sisteminin bütün pillələri üzrə keyfiyyətin artırılmasına yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirildiyini bildirib. O, həmçinin başladılan innovativ layihələrin gələcəkdə yeni nazir tərəfindən uğurla tamamlanacağına inandığını ifadə edib.

Tsuladze həmkarlarına və hökumət komandasına təşəkkür edərək, Gürcüstanın gələcəyi naminə gördükləri işlərə görə minnətdarlığını bildirib.

Seçilən
45
50
report.az

10Mənbələr