Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edildiyi deyilir. Bu barədə “Gununsesi.info” xəbər portalı məlumat yayıb.
Məlumata görə, Eyyubov eyni zamanda Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.
Hələlik bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.
Bəylər Eyyubov uzun illərdir Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edir.
Bəylər Eyyubov bir çox orden və medallarla təltif olunub.
Gülnar