AZ

Hazırda Ukrayna Hərbi Dəniz Qüvvələrində Rusiya şəhərlərinin adını daşıyan gəmilər var

Belçika və Hollandiya minaaxtaran gəmilərini Ukraynaya təhvil verib, onların adlarını Rusiya şəhərlərinin adları ilə dəyişiblər.

NOCOMMENT.az bildirir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Onların açıqlamasına görə, əvvəllər Narcis və Vlaardingen adlanan gəmilər indi “Mariupol” və “Melitopol” adlanır. Daha sonra onların sıralarına “Geniçesk” adlanacaq “Makkum” minaaxtaran gəmisi də qoşulacaq.

Hollandiyanın müdafiə naziri Zeebrugge bazasındakı təhvil-təslim mərasimində deyib: “Bu minaaxtaran gəmilər yeni bayraq altında yeni bir missiya ilə yeni fəsilə başlayacaqlar”.

2024-cü ildə Ukrayna ekipajları bu tip minaaxtaran gəmilərin istismarı üzrə bacarıqlar əldə etmək üçün Makkum gəmisinin göyərtəsində təlim keçiblər.

Seçilən
15
nocomment.az

1Mənbələr