AZ

Lökbatan Qobu yolunda “Chevrolet” avtobusa çırpıldı, sürücüsü.. VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 30-da saat 09:15 radələrində qeydə alınıb: “ Belə ki, İmanov Orxan Tofiq oğlunun idarə etdiyi 99-VT-952 dövlət nömrə nişanlı “Chevrolet” markalı maşın, 140 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-LN-453 dövlət nömrə nişanlı “Isuzu” markalı avtobusla toqquşub. Qəzaya səbəb “Chevrolet” sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi olub. Nəticədə o, əks istiqamətdən gələn nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına düşüb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib, “Chevrolet”in sürücüsü xəsarət alıb”. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.  

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
avtosfer.az

1Mənbələr