AZ

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

Bu il iyunun 26-29-da qeyri-iş günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 64 min 656 sərnişin daşıyıb.

Demokrat.az bu barədə ADY-yə istinadən xəbər verir.

Bu dövr ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 54 min 505 sərnişin daşınıb. Bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə 6 196, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 1 544, Bakı-Balakən-Bakı 2 411 sərnişin daşıyıb.

Seçilən
11
14
demokrat.az

10Mənbələr