Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə yazıb.
Gürcüstanın baş naziri yeni təhsil, elm və gənclər nazirini təqdim edib.
İrakli Kobaxidzenin sözlərinə görə, Givi Mikanadze bu vəzifədə Aleksandr Tsuladzeni əvəz edəcək.
Məlumat üçün bildirək ki, Aleksandr Tsuladze 2 oktyabr 2024-cü ildə bu vəzifəyə təyin edilib.
Ağarza Elçinoğlu