AZ

Xırdalanda çökən asflatla bağlı görün necə xəbərdarlıq edilir - FOTO

Son günlərdə sosial şəbəkələrdə asfalt örtüyünün çökdüyü ərazilərlə bağlı paylaşımlar artmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, bu cür halların bir neçəsi artıq Bakının müxtəlif yerlərində qeydə alınmışdı. Son olaraq isə oxşar bir problem Xırdalan şəhərində müşahidə olunub.
Sözügedən görüntülərdən birini sosial şəbəkə istifadəçisi paylaşaraq vəziyyətin ciddiliyinə diqqət çəkib. Bu təkcə texniki bir məsələ deyil, həm də insanların təhlükəsizliyi üçün ciddi təhdiddir.
Bu cür halların sayının artması yerli infrastrukturun keyfiyyəti ilə bağlı suallar doğurur. Sosial şəbəkələrdə yayılan foto və videolara şərh yazan istifadəçilər bildirir ki, tikinti və asfaltlama işləri zamanı keyfiyyətə deyil, yalnız görüntüyə üstünlük verilir.
Vətəndaşlar aidiyyəti qurumların problemin tez bir zamanda araşdırılaraq aradan qaldırılmasını və gələcəkdə bu cür halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməsini tələb edirlər.


Fidan

Seçilən
6
1
avtosfer.az

2Mənbələr