AZ

Paytaxtda oğurluq edən dörd nəfər saxlanılıb

Bakı. Trend:

Bakının Nəsimi və Sabunçu rayonlarında oğurluq edən dörd nəfərsaxlanılıb.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki iyunun 28-də Nəsimi rayonu ərazisində yerləşənyaşayış kompleksindən 50 min manat dəyərində naqil oğurlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlıT.Suanverdiyev müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb.Keçirilən tədbirlərlə 8000 manat dəyərində lotoreya biletlərioğurlamaqda şübhəli bilinən 26 yaşlı A.Kərimli və əvvəllər məhkumolunmuş 43 yaşlı Ş.Səfərov da saxlanılıblar.

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərinbirindən 15 min manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən 48yaşlı V.Abdullayevanın da polis əməkdaşları tərəfindən saxlanılmasıtəmin edilib.

Araşdırmalar aparılır.

Seçilən
19
19
az.trend.az

10Mənbələr