AZ

Almaniyanın xarici işlər naziri Zelenski ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə silah istehsalı üzrə əməkdaşlığa dair məsələləri müzakirə edəcəyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“İnanıram ki, biz indi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq və alman şirkətlərinin Ukraynada geniş iştirakına ehtiyacımız var”,- deyə o bildirib.

Vadeful əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Almaniya müdafiə sənayesinin nümayəndələri ilə bu məsələləri müzakirə etməyi planlaşdırır.

Wadephul onu da bildirib ki, o, müdafiə naziri Boris Pistoriusla birlikdə Aİ ölkələrinə məktub göndərərək Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin ötürülməsi üçün bir yol tapmağı xahiş edib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə bütün tezliklərdə və bütün yüksəkliklərdə Ukraynanı müdafiə edə biləcək daha çox hava hücumundan müdafiə sistemləri lazımdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr