AZ

Beyləqanda ağır qəzada sürücü öldü - Foto

Beyləqanda yük və minik avtomobilləri toqquşub.

“Qafqazinfo” xəbər verir ki, yol qəzası rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını qarşıdan gələn “VAZ 2107” ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Seçilən
14
qafqazinfo.az

1Mənbələr