AZ

Renat Dadaşov "Radomyak"dan ayrıldı

Renat Dadaşov “Radomyak”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu öz sosial şəbəkə hesablarına paylaşım edib.

O, Polşa təmsilçisi ilə vidalaşıb:
"Təşəkkürlər, “Radomyak”. Klub üçün hər şeyin ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".

Qeyd edək ki, Renat bu ilin fevralından "Radomyak"ın formasını geyirdi. O, həmin müddət ərzində 2 qol vurub.

Xatırladaq ki, bu yay Rahil Məmmədov da "Radomyak"dan ayrılıb.
Seçilən
16
32
football-plus.az

10Mənbələr