AZ

"James Webb" partlamış ulduzun şəklini çəkib

Kosmos sirlərlə doludur. Texnologiya inkişaf etdikcə bu sirlərin pərdələri açılmağa davam edir. NASA-nın kosmos teleskopu "James Webb" texnologiyanın işığında kosmik obyektlərin şəkillərini ortaya qoyur. Teleskop partlamış ulduzun şəklini çəkib. 

MediaPost xəbər verir ki, kütləvi ulduzların yanacağı tükəndikdə və ömürlərinin sonuna çatdıqda, onların son mərhələsi supernova adlanan böyük partlayış ola bilər. Bu partlayışlardan yaranan şok dalğaları kosmosa yayılır. Sonra yaxınlıqdakı toz və qazla qarşılıqlı əlaqədə olarkən fövqəlnova qalıqları adlanan gözəl obyektlər əmələ gətirir. Sonra açıqca şəkilləri ortaya çıxır.

"James Webb" "NIRCam" aləti sayəsində bu yaxınlarda belə fövqəlnova qalıqlarından biri olan "Cassiopeia A" nın şəklini çəkib. Alimlər bu ulduzun 340 il əvvəl partlamış ulduz olduğunu düşünürlər. Bu qalıq hazırda səmadakı ən parlaq radio obyektlərindən biridir.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Seçilən
199
7
mediapost.az

7Mənbələr